AZ

Azərbaycanda kredit portfeli 32,6 milyard manatı keçib

Bu il mayın 1-nə Azərbaycanda kredit təşkilatlarının müddətlər üzrə ümumi kredit qoyuluşlarının həcmi 32,632 milyard manat təşkil edib. Vaxtı keçmiş kreditlərin məbləği isə 614,2 milyon manat olub. Məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb. Bildirilib ki, ümumi kredit portfelinin 28,3 milyard manatı milli valyutada olan kreditlərin payına düşür. Bu kreditlər üzrə vaxtı keçmiş borcların həcmi 514,1 milyon manat təşkil edib.

Hesabat dövründə xarici valyutada verilmiş kreditlərin ümumi məbləği 4,351 milyard manat olub və bunun 100,1 milyon manatı problemli kreditlər kimi qeydə alınıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada kreditlər 2,7 milyard manat və ya 10,7 faiz, xarici valyutada kreditlər isə 5,6 milyon manat və ya 0,1 faiz artıb.

Kreditlərin strukturuna gəldikdə isə milli valyutada 4,594 milyard manat qısamüddətli, 23,687 milyard manat uzunmüddətli kreditlərdən ibarət olub. Xarici valyutada isə 1,393 milyard manat qısamüddətli, 2,958 milyard manat uzunmüddətli kreditlər təşkil edib.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Seçilən
57
azerbaijan-news.az

1Mənbələr