
Yaponiyanın paytaxtı Tokioda bir nəfərin ticarət mərkəzində naməlum maddə püskürtməsi nəticəsində 19 nəfər xəstəxanalıq olub.
AFN.az xəbər verir ki, Tokioda bir şübhəlinin sprey vasitəsilə ticarət mərkəzinin daxilinə naməlum maddə püskürtməsi böyük təşvişə səbəb olub.
Hadisə zamanı yayılan qoxudan 25 nəfər zəhərlənib, onlardan 19-u xəstəxanaya aparılıb.
Maddənin acı bibərin tərkibindəki qıcıqlandırıcı spreydən ibarət ola biləcəyi ifadə edilib.
Rəsmi şəxslər bəzi vətəndaşların boğazlarında ağrı və qaşıntı hiss etdiklərini bildirdiklərini qeyd ediblər.
Hadisədən sonra ticarət mərkəzinin ətrafındakı yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.