Türkiyədə məşhurlara qarşı aparılan narkotiklə bağlı istintaq çərçivəsində aktrisa Serenay Sarıkaya jandarma əməkdaşları tərəfindən saxlanılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, o, sağlamlıq yoxlanışı üçün xəstəxanaya gətirilərkən görüntülənib. Məşhur aktrisanın sakit və rahat davranışı diqqət çəkib.
Daha sonra keçirilən prosedurlardan sonra Serenay Sarıkaya sərbəst buraxılıb.
Hadisə ilə bağlı istintaq tədbirlərinin davam etdiyi bildirilir.