AZ

ABŞ Ədliyyə Nazirliyi atışmanı Trampa qarşı sui-qəsd cəhdi adlandırdı

ABŞ Ədliyyə Nazirliyi paytaxt Kolumbiya dairəsinin federal məhkəməsinə təqdim etdiyi vəsatətdə mayın 23-də Ağ Ev yaxınlığında baş vermiş atışmanı ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdi kimi qiymətləndirib.

Moderator.az xəbər verir ki, sənəd məhkəmənin elektron bazasına daxil edilib.

Sənəddə hadisə "bir ay ərzində prezidentə qarşı ikinci sui-qəsd cəhdi" adlandırılıb. Rəsmi məlumata görə, mayın 23-ü axşam saatlarında silahlı şəxs Ağ Evin yaxınlığında atəş açmağa başlayıb. ABŞ Məxfi Xidməti əməkdaşları cavab atəşi açaraq onu zərərsizləşdiriblər. Daha sonra həmin şəxs xəstəxanada ölüb. Atışma zamanı təsadüfi bir yoldan keçən şəxs də yaralanıb.

KİV-in məlumatına görə, Ağ Evdən təxminən 150 metr məsafədə atəş açan şəxs psixi pozuntulardan əziyyət çəkirmiş.

ABŞ baş prokuroru səlahiyyətlərini icra edən Todd Blanş tərəfindən imzalanmış sənəddə bildirilib ki, yenidən silahlı şəxs prezidenti, onun ailəsini və köməkçilərini öldürməyə cəhd edib.

Nazirlik hesab edir ki, bu hadisə prezidentin, ailəsinin və qonaqlarının təhlükəsizliyini təmin etmək üçün ən müasir təhlükəsizlik sistemləri ilə təchiz olunmuş yeni banket zalına ehtiyac olduğunu göstərir.

Ədliyyə Nazirliyi buna bənzər vəsatəti aprelin 25-də "Washington Hilton" hotelində Ağ Ev müxbirlərinin assosiasiyasının illik qəbulunda baş vermiş atışmadan sonra da məhkəməyə təqdim etmişdi. Həmin tədbirdə Tramp da daxil olmaqla ABŞ administrasiyasının yüksəkvəzifəli şəxsləri iştirak edirdilər. O zaman silahlı şəxs saxlanılmış və ona prezidentə sui-qəsd cəhdində ittiham irəli sürülmüşdü.

Məhkəmə daha əvvəl 2026-cı ildə qərar vermişdi ki, Konqresin müvafiq icazəsi alınana qədər Ağ Ev ərazisində banket zalının tikintisi qismən dayandırılmalıdır. ABŞ Prezidenti isə bu qərarla razılaşmadığını bildirmişdi.

Seçilən
13
1
moderator.az

2Mənbələr