AZ

Futbol üzrə dünya çempionatına bilet tələbatı gözləniləndən aşağı olub 

Bir sıra şəhərlərdə minlərlə bilet hələ də satılmamış qalıb...

Poliqon xəbər verir ki, 2026 FIFA Dünya Çempionatı üçün bilet satışları gözlənilən tempdə getmir. Newsweek nəşrinin məlumatına görə, ABŞ-də keçiriləcək oyunlar üçün minlərlə bilet hələ də satılmamış vəziyyətdə qalır.

Məlumata əsasən, turnir tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə təşkil olunacaq və eyni zamanda üç ölkənin — ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi ilk dünya çempionatı olacaq. Yarışların 11 iyun–19 iyul tarixlərində keçirilməsi planlaşdırılır.

Newsweek yazır ki, ekspertlər zəif tələbatın mümkün səbəblərindən biri kimi FIFAnın qiymət siyasətini göstərirlər. Analitiklərin fikrincə, bəzi oyunlar üçün yüksək qiymətlər azarkeş marağını məhdudlaşdırmış ola bilər.

Nəşrin məlumatına görə, qrup mərhələsi oyunları üçün ən çox satılmamış bilet Atlanta şəhərində qeydə alınıb və burada 5 414 bilet hələ də əlçatandır. Sonrakı yerlərdə isə Filadelfiya — 4 402, Los-Anceles — 4 230 və San-Fransisko — 4 217 satılmamış biletlə qərarlaşıb.

Bununla yanaşı, turnirin miqyasının genişləndirilməsi və ev sahibi ölkələrin çoxluğu səbəbindən qarşıdakı aylarda azarkeş marağının artacağı da istisna edilmir.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr