AZ

Sibiqa: Ukrayna Belarusa qarşı sanksiyaların yumşaldılmasına qarşıdır

Ukrayna Belarusun Rusiyanın təsir dairəsindən çıxarılması məqsədilə Minskə qarşı sanksiyaların yumşaldılması ideyasına qarşı çıxıb.

Turkustan.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Belarus demokratik müxalifətinin Birləşmiş Keçid Kabinetinin rəhbəri Svetlana Tixanovskaya ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Sibiqanın sözlərinə görə, Ukrayna Rusiyaya və onun müttəfiqlərinə qarşı təzyiqin azaldılmasını qəbuledilməz hesab edir: “Təcavüzkara qarşı təzyiqin zəiflədilməsi ilə bağlı istənilən yanaşmanı rədd edirik. Əksinə, indi bu təzyiqi artırmaq və gücləndirmək zamanıdır.”

Nazir qeyd edib ki, bəzi dairələrdə Belarusun müəyyən güzəştlər hesabına Rusiyanın təsirindən uzaqlaşdırıla biləcəyi ilə bağlı fikirlər mövcuddur, lakin Kiyev bunu real hesab etmir.

“Belarusu müəyyən yumşalmalar vasitəsilə Rusiyanın təsir dairəsindən çıxarmağın mümkün olacağı ilə bağlı illüziyalar yersizdir. Bu baş verməyəcək. Lukaşenko rejimi Rusiya ilə bu cinayətkar ittifaqa həddindən artıq inteqrasiya olunub”, – deyə, Sibiqa vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
38
1
turkustan.az

2Mənbələr