AZ

Yaxın Şərqdə sülh sazişi ilə bağlı xəbərlər neft qiymətlərini aşağı salıb

Yaxın Şərqdəki gərginliyə son qoya biləcək mümkün sülh sazişi xəbərləri dünya bazarlarına təsir edib. Bu ümidlər səbəbindən neft qiymətləri ucuzlaşıb.

“BBC” xəbər verir ki, “Brent” markalı neftin qiyməti 5.5 faiz azalaraq 97.90 dollara, ABŞ xam nefti isə 5.8 faiz düşərək 90.99 dollara geriləyib. Bununla belə, qiymətlər hələ də müharibədən əvvəlki səviyyədən (təxminən 70 ABŞ dolları) xeyli yüksəkdir.

ABŞ Prezidenti Donald Tramp verdiyi bəyanatda Tehranla sazişin “böyük ölçüdə razılaşdırıldığını” və təfərrüatların tezliklə açıqlanacağını bildirib. O, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İsrail liderləri ilə müsbət danışıqlar apardığını qeyd edib. 

Trampın sözlərinə görə, sazişə fevralın 28-dən bəri bağlı olan strateji Hörmüz boğazının yenidən açılması da daxildir. Dünya neft və mayeləşdirilmiş təbii qazının təxminən beşdə birinin keçdiyi bu yolun açılacağı gözlənildiyi üçün Yaponiya və Cənubi Koreya kimi Yaxın Şərq enerjisindən asılı olan ölkələrin birjalarında ciddi artım qeydə alınıb. Yaponiyanın “Nikkei 225” indeksi 2.9 faiz artaraq tarixdə ilk dəfə 65,000 bəndi ötüb.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
33
azerbaijan-news.az

1Mənbələr