AZ

“Neftçi” 4 futbolçu ilə yolları ayırdı – Gələn mövsüm olmayacaqlar

“Neftçi” növbəti mövsümün planlamasına start verib. Baş məşqçi Yuri Vernidub bəzi futbolçular barədə qərarını verib.

İdmanxeber.az-ın məlumatına görə, iki futbolçu artq  “ağ-qaralar”ı tərk edib. Bunlar mövsümün əvvəlində transfer edilən Kristian Kostin və Edvin Kuçdur. Adıçəkilən futbolçuların növbəti mövsüm “Neftçi”də olmayacaq.

Komandadan ayrılan digər futbolçular isə Vensan Abubakar və Kiprin “Pafos” klubuna transfer olunan Murad Məmmədovdur.

Seçilən
26
idmanxeber.az

1Mənbələr