AZ

Köçəryanın Azərbaycan qorxusu: təminat istəyirik

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Azərbaycanla aparılan danışıqlarla bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, “Ermənistan” blokunun lideri hakimiyyətə gələcəyi halda Bakı ilə danışıqlar prosesinin “sıfırlanmayacağını” bildirib.

Köçəryan hakimiyyətin müxalifəti “üçbaşlı müharibə partiyası” adlandırmasına cavab olaraq deyib ki, onların yanaşması sülh danışıqlarının ləğvini nəzərdə tutmur. Onun sözlərinə görə, Azərbaycanla imzalanacaq mümkün sülh müqaviləsi beynəlxalq təminat mexanizmləri ilə müşayiət olunmalıdır.

Keçmiş prezident hesab edir ki, belə təminatlar ilk növbədə BMT Təhlükəsizlik Şurasının bəyanatı və müqavilənin pozulacağı halda nəticələrin əvvəlcədən müəyyənləşdirilməsi ilə təmin oluna bilər.

Köçəryan ABŞ dövlət katibi Marko Rubionun İrəvana planlaşdırılan səfərini də tənqid edib. O bildirib ki, bu səfər Rusiyaya təzyiq göstərmək və Ermənistanın parlament seçkilərinə təsir etmək cəhdi kimi qiymətləndirilə bilər.

Musavat.com

Seçilən
29
musavat.com

1Mənbələr