AZ

Qadın sürücü qəzaya səbəb oldu; avtomobil körpüyə çırpıldı FOTO VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Ağır yol qəzasının görüntüləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Omsk şəhərində baş verib.

Məlumata görə, 42 yaşlı qadın sürücü idarə etdiyi "Mitsubishi" markalı avtomobillə hərəkətdə olan zaman sükan idarəetməsini itirib və eyni istiqamətdə hərəkət edən "Subaru" ilə toqquşub.

Zərbənin təsirindən idarəetmədən çıxan "Subaru" aşaraq sürüklənib və körpünün beton dirəklərinə çırpılıb. Qəza nəticəsində "Subaru"nun 46 yaşlı kişi sürücüsü aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
avtosfer.az

1Mənbələr