AZ

“Bizə istənilən avtomobili verin yenə də şou yaradacağıq”

Dördqat dünya çempionu, “Red Bull” pilotu Maks Verstappen pilotlar hətta icarə avtomobilləri ilə belə maraqlı mübarizə nümayiş etdirə bilməsi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "GPblog" təcrübəli pilotçunun dediklərini belə çatdırıb.

“Əksər pilotlar dünyanın ən yaxşılarıdır. Bizə hətta icarə avtomobili versələr belə, yaxşı şou göstərə və sərt mübarizə apara bilərik. Buna görə də məsələ qaydalarda deyil. Amma idarəetmə zamanı bu proses hər şeyi çətinləşdirir və çaşdırır. Bu, Formula 1-in olması lazım olan hal deyil. Həddindən artıq mürəkkəbdir.

Azarkeşlər sükan arxasında bizim nələrlə qarşılaşdığımızı, nələrin icazəli olduğunu, batareyanın nə qədər doldurula bildiyini belə bilmirlər. Bütün bunlar çox məyusedicidir. Formula 1 daha sadə olmalıdır. Ümid edirəm ki, gələn il dəyişikliklər olacaq, çünki bu, yarışların daha təbii görünməsi üçün minimum tələbdir. Bizə istənilən avtomobili verin – biz hər zaman şou yaradacağıq”, – deyə Verstappen bildirib.

Seçilən
27
90deqiqe.az

1Mənbələr