İranın Bəndər-Abbas liman şəhərində üç partlayış baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Yaxın Şərq mediası məlumat yayıb.
İranın strateji əhəmiyyətli liman şəhəri olan Bəndər-Abbasda güclü partlayışlar qeydə alınıb.
İlkin məlumatlara görə, şəhərdə ard-arda üç partlayış səsi eşidilib.
Hadisənin başvermə səbəbləri və mümkün tələfat barədə hələlik rəsmi məlumat verilməyib.
Hazırda yerli hakimiyyət orqanları və təhlükəsizlik xidmətləri ərazidə araşdırmalara başlayıb.
Xuraman Etibarlı
İnterpress.az