AZ

"Volfsburq" 29 ildən sonra Bundesliqanı tərk etdi: "Paderborn" elitaya geri qayıdır

Almaniya Bundesliqasında qalmaq uğrunda pley-aut mərhələsinin cavab oyununda "Paderborn"a əlavə vaxtda 1:2 hesabı ilə məğlub olan "Volfsburq" elitaya vida edib.

Fanat.Az xəbər verir ki, normal mövsümü 29 xalla 16-cı pillədə başa vuran və son olaraq 1958-1959-cu illər mövsümündə aşağı liqaya düşən "Volfsburq", tam 67 il sonra eyni uğursuzluğu təkrarlayaraq 29 illik Bundesliqa seriyasına nöqtə qoyub.

Tarixi ərzində 2008-2009-cu illər mövsümündə Bundesliqa çempionluğu, həmçinin Almaniya Kuboku və Superkuboku sevinci yaşayan klubun bu gedişi turnirin ən böyük sürprizlərindən biri olub.

Digər tərəfdən, "Şalke" və "Elversberq"in ardından İkinci Bundesliqanı 62 xalla 3-cü sırada bitirən "Paderborn" isə bu qələbə sayəsində 2019-2020-ci illər mövsümündən bəri çəkdiyi yüksək liqa həsrətinə son qoyub.

Seçilən
25
1
fanat.az

2Mənbələr