AZ

İsrailin Livandakı hücumlarında ölənlərin sayı 3185 nəfərə çatıb

Bakı, 26 may, AZƏRTAC

Son 24 saat ərzində İsrailin Livanın cənub və şərq bölgələrinə endirdiyi hava zərbələri nəticəsində azı 34 nəfər həlak olub, daha 62 nəfər isə yaralanaraq xəstəxanalara yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, martın 2-də hərbi eskalasiyanın başlanmasından bəri həlak olanların ümumi sayı 3185 nəfərə, yaralıların sayı isə 9633 nəfərə çatıb.

Nazirlik qeyd edib ki, xilasetmə qrupları Livanın cənubundakı Nəbatiyyə əyalətində və Beka vadisində bombardmana məruz qalan yaşayış məntəqələrində dağıntıların təmizlənməsini davam etdirir. Bildirilib ki, dağıntılar altından yeni qurbanların aşkarlanması səbəbindən itkilərin sayı arta bilər.

Seçilən
56
1
azertag.az

2Mənbələr