AZ

Futbol üzrə dünya çempionatının kuboku Kanadada təqdim edilib

Futbol üzrə dünya çempionatının kuboku Kanadanın Toronto şəhərinin meriyasının yerləşdiyi meydanda ictimaiyyətə təqdim edilib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Kuboku ictimaiyyətə 2006-cı il Dünya Kuboku çempionu və İtaliya milli komandasının keçmiş müdafiəçisi Alessandro Nesta təqdim edib.

Toronto meri Oliviya Çou bildirib ki, futbol insanları dil, mənşə və ya idman seçimindən asılı olmayaraq birləşdirir. O bildirib ki, bu, dünyanın ən çoxmədəniyyətli şəhərlərindən biri olan Torontonun xarakterini əks etdirir.

Qeyd olunur ki, Toronto 2026-cı il Dünya Kuboku zamanı altı oyuna ev sahibliyi edəcək. Şəhər həmçinin turnirin gənclərin futbola marağını artıracağına və idman infrastrukturunun inkişafına uzunmüddətli töhfə verəcəyinə ümid edir.

Seçilən
57
far.az

1Mənbələr