AZ

Evdən çətirsiz çıxmayın Sinoptiklər riskli saatları açıqladı

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək. Günorta saatlarında paytaxtın bəzi ərazilərində leysan xarakterli yağış yağacağı, ildırım çaxacağı gözlənilir. Gün ərzində şimal-qərb küləyi axşama doğru cənub-şərq istiqaməti ilə əvəzlənəcək. Havanın temperaturu gecə saatlarında 16-18° isti, gündüz isə 22-27° isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gündüz 55-65% olacaq.Bölgələrdə də hava şəraiti qeyri-sabit keçəcək. Rayonlarda arabir yağış yağacağı, bəzi yerlərdə prosesin intensivləşəcəyi, dolu düşəcəyi və şimşək çaxacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir. Yağıntılar axşama doğru tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman müşahidə olunacaq, qərb küləyi ayrı-ayrı bölgələrdə arabir güclənəcək. Arandakı temperatur gecə 14-18° isti, gündüz 23-28° isti olacaq. Dağlıq rayonlarda isə termometrlər gecə 4-9° isti, gündüz 12-17° isti, bəzi yerlərdə isə 20-23° isti göstərəcək.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
demokrat.az

1Mənbələr