AZ

Ağdama qayıdan sakin: Bu anı böyük həyəcanla gözləmişik

"Bu anı böyük həyəcanla gözləmişik. Çox şadam, artıq doğma evimizdə yaşayacağıq".

Bu fikirləri "Far.Az"a açıqlamasında Ağdam şəhərinə yola salınan keçmiş məcburi köçkün Mamedov Məhəmməd deyib.

Keçmiş məcburi köçkün onlara yaradılan şəraitə və doğma yurdlarına qayıtmalarına göstərilən imkana görə Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edib.

Ağdam şəhər sakini, həmçinin torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan əsgərlərinə minnətdarlığını ifadə edib, yaralı hərbçilərə şəfa, şəhidlərimizə isə rəhmət diləyib.

Seçilən
45
far.az

1Mənbələr