NATO-nun "Strikeback 26" təlimi 26 maydan 13 iyuna qədər Bolqarıstanda keçiriləcək.
Bolqarıstan Müdafiə Nazirliyinin məlumatına görə, bu müddət ərzində Bolqarıstan, Rumıniya, ABŞ, Türkiyə və NATO-nun çoxmillətli qrupunun quru qoşunlarının bölmələri Haskovo yaxınlığındakı Koren təlim poliqonunda döyüş atışları ilə taktiki təlim keçirəcəklər.
Hərbi polis Bolqarıstan yolları boyunca hərəkət edən NATO avadanlıqlarını müşayiət edəcək.
Əziz Mustafa