AZ

“Yol hərəkəti zamanı təhlükəsizliyin təmin olunması” mövzusunda təqdimat oldu FOTOLAR

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Uşaqyönümlü şəhər məkanları: Daha təhlükəsiz məhəllələr üçün icma əsaslı yanaşma” mövzusuna həsr olunmuş workshop Bakı şəhərində keçirilib.

Tədbir Dünya Şəhər Forumu 13-ə (WUF13) gedən yolda, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası (AUC2026) çərçivəsində təşkil olunub.

Tədbirin təşəbbüskarı və təşkilatçısı, "Placemaking Azərbaycan"ın qurucusu və direktoru, memar Aytən Hüseynli iştirakçılara təşkilatın fəaliyyəti, workshopun məqsədi və 2 Nömrəli Sovxozda keçirilən sorğuların nəticələri barədə təqdimat edib. Memar Nərgiz Abbasova uşaqyönümlü şəhər məkanları ilə bağlı öz təcrübələrini paylaşıb.

Workshop Placemaking Azərbaycan, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilib.

Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı polis zabiti Pərvanə Muradova “Yol hərəkəti zamanı təhlükəsizliyin təmin olunması” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda uşaqların və ailələrin şəhər mühitində təhlükəsiz hərəkəti, yol təhlükəsizliyi qaydaları və ictimai məkanlarda təhlükəsizlik məsələləri müzakirə olunub.

Workshop çərçivəsində iştirakçılar uşaqlardan ibarət yerli icma ilə birlikdə ictimai məkanların təhlükəsizlik, əlçatanlıq, inklüzivlik və istifadə keyfiyyəti baxımından təhlilini aparıblar. Sahə gəzintisi, müşahidə, fotoqrafiya, qeydlər və müzakirələr vasitəsilə uşaqlar üçün daha təhlükəsiz və dayanıqlı məhəllələrin formalaşdırılması istiqamətində fikir mübadiləsi həyata keçirilib.

Müzakirələr zamanı ictimai məkanların oyun, hərəkət və gündəlik istifadə üçün daha uyğun və funksional formada necə yenidən qurula biləcəyi nəzərdən keçirilib.

Workshopun strukturu BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərin təşviqini hədəfləyən Dayanıqlı İnkişaf Məqsədi 11-ə (SDG 11) əsaslanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
avtosfer.az

1Mənbələr