AZ

Ağsuda aşan avtomobil iki nəfərin ölümünə səbəb olub

Ağsu rayonunda ağır yol qəzası baş verib.

"Far.Az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün gecə saat 03:00 radələrində rayonunun Dilman kəndi ərazisində qeydə alınıb.

Belə ki, "BYD" markalı 77-NO-925 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq qoruyucu daş-beton bəndinə çırpılıb, daha sonra bir neçə dəfə yuvarlanaraq təxminən 100 metr aralıda yerləşən Ağsu çayının yatağına düşüb.

Hadisə zamanı avtomobildə 4 nəfər olub. Qəza nəticəsində 27 yaşlı Cəfərov Kamran və 22 yaşlı Qasım Səid Asif oğlu hadisə yerində həyatını itirib.

Digər iki sərnişin - 21 yaşlı Baxışov İsmayıl Etibar oğlu və 20 yaşlı Şəfaqətov Şahvələt Asəf oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanası aparılıb.

Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbi araşdırmalardan sonra məlum olacaq.

Seçilən
35
10
far.az

10Mənbələr