AZ

ABŞ İranın cənubunda raket buraxılış meydançalarına və hərbi katerlərə zərbələr endirib

ain.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ hərbçiləri İranın cənub hissəsində yerləşən bir neçə hədəfə zərbələr endirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Fox News" ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Tim Hokinsə istinadən məlumat yayıb.

“ABŞ Silahlı Qüvvələri bu gün İran ordusundan qaynaqlanan təhdidlərdən hərbi qüvvələrimizi qorumaq məqsədilə İranın cənubunda özünümüdafiə xarakterli zərbələr həyata keçirib. Hədəflər arasında raket buraxılış meydançaları və İran katerləri olub”, - deyə "Fox News"un jurnalisti Cennifer Qriffin "X" sosial şəbəkəsində yazıb.

CENTCOM-un iddiasına görə, ABŞ-ın hücum etdiyi katerlər mina yerləşdirməyə cəhd göstərirdi. "Fox News"un məlumatına əsasən, hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunə məxsus iki qayıq Bəndər-Abbas şəhəri yaxınlığında məhv edilib, həmçinin bir raket buraxılış meydançası sıradan çıxarılıb.

Qriffinin sözlərinə görə, əməliyyat artıq başa çatıb və zərbələr “müdafiə xarakterli” olub.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
icma.az

1Mənbələr