AZ

“Paderborn” “Volfsburq”u ikinci Bundesliqaya düşürdü – ARENA.AZ

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümündə iştirak edəcək sonuncu klub “Paderborn” olub.

Arena.az xəbər verir ki, sözügedən komanda İkinci Bundesliqanın 2025/2026-cı illər mövsümünü üçüncü pillədə başa vuraraq pley-off oyunlarında şansını sınamaq fürsəti qazanmışdı.

Rəqib isə əsas Bundesliqanı 29 xalla 16-cı yerdə bitirmiş “Volfsburq” idi. Bu komandaların “Volfsburq”un meydanında baş tutmuş ilk görüşündə qapılara qol vurulmamışdı – 0:0.

Bu gün tərəflər cavab görüşündə üz-üzə gəliblər. “Paderborn” 120 dəqiqə davam etmiş həlledici ev oyununda istəyinə çatıb. 2:1 hesablı əzmkar qələbəyə sevinmiş bu komanda əsas Bundesliqada iştirak hüququ qazanıb. “Volfsburq” isə İkinci Bundesliqaya yuvarlanıb.

Xatırladaq ki, bu mövsüm İkinci Bundesliqada 70 xalla çempion olmuş “Şalke” ilə 62 xal toplamış “Elversberq” birbaşa əsas Bundesliqaya yüksəlmişdilər. Bu komandalar elitanı tərk etmiş “Haydenhaym” və “Sankt Pauli”ni əvəz edəcəklər.

Almaniya Bundesliqasına vəsiqə uğrunda pley-off qarşılaşması
Cavab oyunu
25 may

Paderborn – Volfsburq 2:1 (ilk oyun 0:0)
Qollar: Filip Bilbiya, 38. Loren Kurda, 100 – Dzenan Peyçinoviç, 3.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
24
8
arena.az

10Mənbələr