AZ

Bakının mərkəzində qorxulu anlar Zərəri kim ödəyəcək?

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Nəsimi rayonunda - metronun “28 May” stansiyası yaxınlığında binanın üzlüyü yüksəklikdən həyətə tökülüb. Hadisəyə dair görüntülər sosial şəbəkədə paylaşılıb. Bildirilib ki, hadisə Səməd Vurğun parkının yanındakı çoxmərtəbəli binada baş verib. Binanın aqlay örtüyünün qoparaq tökülməsi nəticəsində bir neçə avtomobilə ciddi zərər dəyib. Xəsarət alanın olub-olmaması barədə məlumat verilməyib.Hadisə ilə bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1111.1-ci maddəsinə görə, binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin (məsələn, fasadındakı aqlay örtüyünün) uçması və ya qopması nəticəsində vurulan zərərin əvəzini ödəməyə borcludur:“Məsuliyyəti binanı idarə edən mənzil-tikinti kooperativi və ya idarəedici şirkət daşıyır. Sahibi sübut edə bilsə ki, zərər binanın pis saxlanılmasından və ya qüsurundan irəli gəlməyib (məsələn, fövqəladə təbiət hadisəsi – fors-major), o zaman məsuliyyətdən azad ola bilər. Lakin normal hava şəraitində aqlayın tökülməsi binaya texniki xidmətin düzgün göstərilməməsi hesab olunur”.Vəkil qeyd edib ki, əmlakına zərər dəymiş şəxs dərhal hadisə yerinə polis çağırılmalı və hadisə barədə protokol tərtib olunmalıdır:“Şəkillər və videolar çəkilməlidir. Müstəqil ekspert və ya qiymətləndirmə şirkəti vasitəsilə avtomobilə dəymiş zərərin məbləği rəsmi şəkildə müəyyən edilməlidir. İlk növbədə binanın sahibinə (MTK və ya MKİS-ə) könüllü ödəmə barədə rəsmi məktubla müraciət edilməlidir. Əgər bina sahibi zərəri ödəməkdən imtina edərsə, sürücü məhkəməyə müraciət edərək zərərin məcburi qaydada tutulmasını tələb edə bilər”.Yəni, binanın fasadı qopub maşınınızın üstünə düşibsə, buna görə binaya baxan şirkət və ya MTK cavabdehdir və dəymiş ziyana görə polis protokolu ilə məhkəməyə müraciət edib pulunuzu tələb edə bilərsiniz.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
demokrat.az

1Mənbələr