AZ

Qayda pozub təhlükə yaradır, üstəlik səhvi boynundan atır VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Bakıda yol hərəkəti qaydasını pozan sürücü hərəkətə çətinlik yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 23-də, paytaxtın Oqtay Vəliyev küçəsində qeydə alınıb. Belə ki, 77-DB-939 qeydiyyat nişanlı "Changan" markalı avtomobilin sürücüsü düzünə gedəcəyi halda anidən sağa manevr edərək görüntünü qeydə alan avtomobilə təhlükə yaradıb. Daha sonra qırmızı işığa düşdüyü üçün "nə özün keçə bildin, nə də məni keçməyə qoymadın" deyərək özünü haqlı çıxarmağa başlayıb.

Sözügedən videonu təqdim edirik.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
83
avtosfer.az

1Mənbələr