Kürdəmirdə azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib.BUTA.TVAPA-ya istinadən xəbər verir ki, hadisə rayonun Babək küçəsində baş verib. Belə ki, şəhər sakini, 2023-cü il təvəllüdlü Yusif Qədir oğlu Vahidov ehtiyatsızlıqdan yaşadığı hündürmərtəbəli binanın 5-ci mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.