AZ

Bu Proqramın düzgün icrası üçün düzgün addımların seçilməsidir İqtisadçı

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

"Ölkənin kənd təsərrüfatı sahəsində bizdən asılı olan və olmayan bir çox çağırış və çətinliklər olsa da, kənd təsərrüfatı sahəsində böyük imkanlar mövcuddur. 2030-cu ilə qədər salınmış bağlardan əldə edilən məhsullar hesabına ciddi artım gözləyirəm. Lakin, heyvandarlıq sahəsində tədbirlər planı zəif və qeyri-müəyyən təsir bağışladı. Bəzi hədəflərlə bağlı göstəricilərə isə toxunmayacam. Kənd təsərrüfatı sahəsində növbəti 4 ildə real və iddialı artıma nail olmaq üçün 5 fundamental məsələnin həlli vacibdir. Bunlardan biri də karbamidlə  yanaşı NPK (16:16:16) və ammofos (12:52:0) (və ya DAP) gübrələrinin də yerli istehsalına nail olmaqdır".

Bu fikirləri iqtisadçı-ekspert Elman Sadıqov 525.az-a deyib. İqtisadçı qeyd edib ki, ümumilikdə isə atılmış bu addım, heç olmasa qısamüddətli bir proqramın olması, müəyyən istiqamətlərdə yanaşma tərzlərinin müsbətə doğru dəyişməsi, yeni baxışların ortaya qoyulması müsbət, proqramın iddialı hədəflər üzərində qurulmasına baxmayaraq həmin hədəflərə çatmaq üçün konkret tədbirlərin demək olar ki, olmaması, necə sualının az hallarda qoyulması və bu suala daha az cavabların olması, empirik təhlillərin demək olar ki, olmaması, kənd təsərrüfatının inkişafı üçün çox vacib olan əsas siyasətlərə demək olar ki, toxunulmaması isə nisbi çatışmazlıq kimi xarakterizə oluna bilər. Bir fikir olaraq qeyd edim ki, bu kimi Proqramlar hazırlanarkən nəzərə alınır ki, süni intellekt yeni ideyaları sualların qoyuluşuna əsasən verir. Daha dərinə gedərək real çıxış yollarının müəyyən edilməsi isə yanaşma tərzindən asılıdır:

"Ümumiyyətlə ölkəmizdə və bütün dünyada kənd təsərrüfatı sahəsində data digər bir çox sahələrə nisbətən daha çox və zəngindir. Bu datalardan gələcəkdə istifadə edərək daha dərin və müasir dövrün, o cümlədən yaranan yeni şəraitin tələblərini əhatə edən təhlillərin aparılması mümkündür.   Hər bir halda ilkin addım kimi belə bir Proqramın olması təqdirəlayiqdir və bundan sonra əsas məsələ bu Proqramın düzgün icrası üçün düzgün addımların seçilməsidir".

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
525.az

1Mənbələr