AZ

Rubio Putinin mesajını Trampa çatdırdı

ain.az, Modern.az portalına istinadən məlumat verir.

ABŞ dövlət katibi Marko Rubio Rusiya lideri Vladimir Putindən gələn mesajı prezident Donald Trampa çatdırıb.Mesaj Rubionun Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə söhbəti zamanı səsləndirilib.Modern.az xəbər verir ki, M.Rubio jurnalistlərə bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığından sonra o, ABŞ prezidenti Donald Trumpı Rusiya tərəfinin addımları barədə məlumatlandırıb.Rubionun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin xarici işlər nazirindən ABŞ dövlət katibinə zəng etməyi və mesajı birbaşa Amerika prezidentinə çatdırmağı xahiş edib.

“Mən də bunu etdim. Amma əlbəttə ki, biz artıq bütün diplomatik missiyalara göndərilən bildirişləri görmüşük”, - deyə o bildirib.

“Onlar bütün səfirliklərə Kiyevdə vəziyyətin çox təhlükəli olacağı barədə xəbərdarlıq ediblər”, - deyə Marko Rubio bildirib və əlavə edib ki, “Kiyevdə artıq bir neçə ildir çox təhlükəlidir”.

ABŞ dövlət katibi Rusiyanın ABŞ-ı Kiyevdə mümkün zərbələr təhlükəsinə görə səfirlik əməkdaşlarını təxliyə etməyə çağırması ilə bağlı xəbərlərin əhəmiyyətini azaltmağa çalışıb. O vurğulayıb ki, uzunmüddətli müharibələr həmişə eskalasiya riski yaradır.

“Bu cür müharibələrin təhlükəsi ondadır ki, onlar davam etdikcə, hər zaman gərginliyin artması riski mövcuddur”, - deyə Marko Rubio bildirib.

Məlumatlara görə, Sergey Lavrov Marko Rubio ilə söhbət zamanı Kiyevə mümkün Rusiya zərbələri barədə xəbərdarlıq edib və amerikalı diplomatlara bəzi obyektləri tərk etməyi tövsiyə edib. Rusiyada bunu Ukrayna pilotsuz aparatlarının öz ərazilərinə hücumları ilə əlaqələndiriblər, Kiyevdə isə bu cür bəyanatlar danışıqlarda təzyiq vasitəsi kimi qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
2
modern.az

3Mənbələr