Gununsesi saytına istinadən ain.az xəbər verir.
Azərbaycanda ilk dəfə olaraq Park Nəşriyyatı “Park Yaradıcılıq Akademiyası”nın fəaliyyətə başlamasını elan edib.
Gununsesi.info-ya danışan şair, Park Nəşriyyatının təsisçisi Şəhriyar Del Gerani deyib ki, akademiya yaradıcı yazarlıq kursları təşkil edəcək.
“Burada həm poeziya, həm də nəsr ödənişli əsaslarla əyani və distant tədris olunacaq. Poeziya dərslərini mən, yəmi Şəhriyar Del Gerani, nəsr dərslərini isə yazıçı Nərmin Kamal aparacaq”.
O bildirib ki, kurs ərzində tanınmış şair və yazıçılarla görüşlər nəzərdə tutulur:
“Dərslər həftədə 2 dəfə hər biri 90 dəqiqə olmaqla təşkil olunacaq. Kurs isə ümumilikdə 2 ay davam edəcək. Kursu bitirənlərin seçilmiş mətnlərindən ibarət kitab “Park” nəşriyyatında çap ediləcək. Həmin mətnlər ədəbiyyat portallarında da dərc olunacaq və ədəbiyyatşünaslar tərəfindən müzakirəyə çıxarılacaq. Kursu uğurla bitirən iştirakçılara sertifikat veriləcək”,- deyə o qeyd edib.
Şəhriyar Del Gerani o cümlədən deyib ki, tədrisə yazının əsasları, yəni müşahidə, detal, dinamika, dil və ifadənin incəlikləri, poeziya baxımından obraz, metafora, ritm və səs üzərində iş, nəsr olaraq süjet qurmaq, daxili monoloq, dialoq yazmaq, o cümlədən mətn analizi, yazı məşqləri, hər dərsdə praktik tapşırıqlar, redaktə, oxu siyahısı, özünəməxsus təhkiyənin və üslubun formalaşdırılması və s. kimi məsələlər daxildir.
O həmçinin vurğulayıb ki, yaş məhdudiyyəti yoxdur. Yazmaq istəyib heç vaxt yazmayanlar, yazmağa yeni başlayanlar və müəyyən yazı təcrübəsi olanlar kurslara qoşula bilərlər. Əgər uzun zamandır yazmaq istəyib, amma haradan başlayacağınızı bilmirsinizsə, bu kurs sizin üçündür.
Qeyd edək ki, qəbul üçün qeydiyyat mayın 31-ə qədər aktivdir.
Qeydiyyat və ətraflı məlumat üçün:
050-497-19-53 (Whatsapp)
E-mail: [email protected]
Orxan
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.