AZ

Hollivud aktyoru rejissordan niyə inciyib?

Yazını böyüt
Yazını kiçilt

Məşhur Hollivud aktyoru Nikolas Keyc tanınmış rejissor Kristofer Nolanın onun telefon zənglərinə məhəl qoymadığını açıqlayıb.

Hafta.az xəbər verir ki, aktyor bu barədə "The New York Times" qəzetinə müsahibəsində bildirib. N.Keycin sözlərinə görə, 2002-ci ildə ekranlara çıxan "Yuxusuzluq" ("Insomnia") filmində çəkilməkdən imtina etdikdən sonra Nolan onunla əlaqəni kəsib.

Aktyor həmçinin qeyd edib ki, bənzər səbəbdən rejissorlar Pol Tomas Anderson və Vudi Allen də ondan incik düşüblər. Çünki vaxtilə Keyc onların da rol təkliflərinə rədd cavabı verib:

"Onların əksəriyyəti inciyir və bir daha geri zəng etmirlər. Mən belə halla milyon dəfə qarşılaşmışam".

Xatırladaq ki, cari ilin yanvar ayında Londonun Uoltem Forest bələdiyyə binasında Nikolas Keycin iştirakı ilə çəkilən hərbi filmin epizodlarından birinin çəkilişi təxirə salınmışdı. Buna səbəb çəkiliş meydançasında nasist simvollarından istifadə edilməsinin yerli sakinlərdə yaratdığı narahatlıq olub.

Seçilən
33
hafta.az

1Mənbələr