Ağsu rayonunda ağır yol qəzası olub.
Ekologiya.az“Report”a istinadən xəbər verir ki, hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb.
Belə ki, “BYD” markalı minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq qoruyucu daş-beton bəndinə çırpılıb, daha sonra bir neçə dəfə yuvarlanaraq təxminən 100 metr aralıda yerləşən Ağsu çayının yatağına düşüb.