AZ

Rusiyada mağaza işçisi pişik balalarını boğub ÖLDÜRDÜ

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, yerli sakin mağazanın yaxınlığında içində pişik balaları olan qutu tapıb və onlar üçün sahiblər tapmaq məqsədilə sosial şəbəkələrdə və müxtəlif çat qruplarında paylaşım edib. Könüllülər heyvanları götürmək üçün hadisə yerinə gəlsələr də, həmin vaxt pişik balalarının artıq öldüyü məlum olub. Şahidlərin sözlərinə görə, mağaza yaxınlığında olan uşaqlar əməkdaşın heyvanlarla qəddar davrandığını görüblər və bu barədə böyüklərə məlumat veriblər. Daha sonra yerli sakinlər mağazaya gəliblər. İddialara əsasən, mağaza müdiri baş verənləri etiraf edib.

Hazırda Stavropol diyarı polisi hadisə ilə bağlı araşdırma aparır. Yerli mənbələrin məlumatına görə, şübhəli əməkdaş işdən uzaqlaşdırılıb.

Seçilən
9
Ajans.az

1Mənbələr