AZ

Rubio İranla razılaşmanın bir neçə gün ərzində mümkün olduğunu bildirib

İranla razılaşma hələ də mümkündür.

APA xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio Hindistanda, Caypur aeroportunda təyyarədə jurnalistlərə bildirib.

O deyib ki, Vaşinqton və Tehran arasında razılaşmanın mətninin razılaşdırılması “bir neçə gün çəkə bilər”.

“Qətərdə bəzi danışıqlar aparıldı, buna görə irəliləyiş əldə edə biləcəyimizi görəcəyik”, - Rubio qeyd edib.

Dövlət katibi bir daha təkrarlayıb ki, ABŞ Prezidenti Donald Trump İranla saziş bağlamaq niyyətindədir: “Prezident bunu etmək istədiyini bildirib. Ya yaxşı bir razılaşma əldə edəcək, ya da ümumiyyətlə etməyəcək”.

ABŞ Dövlət Departamentinin rəhbəri Hörmüzdə naviqasiyanı bərpa etməyin vacib olduğunu əlavə edərək, su yolunun “bu və ya digər şəkildə açılacağını” vurğuilayıb.

Seçilən
29
6
apa.az

8Mənbələr