Ajans.az xarici mediaya istinadən xəbər verir ki, məşhur açıqlamasında degenerativ çənə xəstəliyindən əziyyət çəkdiyini və bunun nəticəsində ağzını normal şəkildə aça bilmədiyini deyib. Abrahamın sözlərinə görə, o, yenidən əməliyyat olunmalı olacaq, lakin bu dəfə məqsəd estetik görünüş deyil, sağlamlığını bərpa etməkdir. “Çənəmi düzgün istifadə edə bilmirəm. Ağzımı adi insanlar kimi aça bilmirəm”, — deyə o bildirib. Farrah əlavə edib ki, hətta normal şəkildə yemək yeməkdə belə çətinlik çəkir. Son illərdə Abraham plastik cərrahiyyə ilə bağlı açıqlamaları və görünüşündəki dəyişikliklərlə tez-tez gündəmə gəlib. O bildirib ki, yalnız dodaq doldurucularına təxminən 50 min dollar xərcləyib, ümumilikdə isə kosmetik prosedurlara sərf etdiyi məbləğ 1 milyon dollara yaxınlaşıb.