Türkiyənin İzmir şəhərində Güzelbahçe Bələdiyyəsinə qarşı əməliyyat keçirilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində CHP-li bələdiyyə sədri Mustafa Günay və şəhərsalma idarəsinin müdiri də daxil olmaqla azı 5 nəfər saxlanılıb.
Bildirilib ki, şübhəlilər sağlamlıq yoxlamasından sonra İzmir Vilayət Jandarma Komandanlığına aparılıb.
Qeyd olunub ki, jandarma qrupları bələdiyyə binasında axtarışlarını davam etdirir.