Bakı, 26 may, AZƏRTAC
Milli Kitabxanada Xalq şairi Söhrab Tahirin anadan olmasının 100 illiyinə həsr olunan “Xalq şairi Söhrab Tahir – 100” adlı ənənəvi kitab sərgisi açılıb.
Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.
Bildirilib ki, sərgidə şairin əsərləri, tərcümələri, “Ön söz” müəllifi, redaktoru, məsləhətçisi olduğu, həyat və yaradıcılıq yolu haqqında ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunub.