AZ

Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın

ABŞ-ın dövlət katibi Marko Rubio Vladimir Putinin mesajını prezident Donald Trampa çatdırdığını açıqlayıb.

Publika.az xəbər verir ki, Rubionun sözlərinə görə, Putin şəxsən Lavrovdan mesajın ABŞ Dövlət Katibi vasitəsilə çatdırılmasını təşkil etməsini istəyib. Rubio bu xahişi yerinə yetirib və mesajın məzmunu barədə Trampı məlumatlandırıb.

Rubio və Lavrov bazar ertəsi axşamı telefonla danışıblar. Ukraynadakı vəziyyət, ikitərəfli münasibətlər və İranla bağlı məsələlər müzakirə olunub. Rusiya tərəfi söhbətin konstruktiv keçdiyini qeyd edib.

Seçilən
9
publika.az

1Mənbələr