AZ

Kanadadan İsrailə sərt ittiham: Vyana Konvensiyasını...

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kanadanın xarici işlər naziri Anita Anand bildirib ki, İsrail beynəlxalq “Sumud” donanmasında iştirak etdiklərinə görə saxlanılan Kanada vətəndaşlarına konsulluq xidmətlərindən istifadə imkanı verməməklə 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozub.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, nazirin sözlərinə görə, Kanada tərəfi israilli həmkarı Gideon Saar ilə danışıq zamanı saxlanılan şəxslərin hüquqları ilə bağlı narahatlığını çatdırıb və onlara konsulluq dəstəyi göstərilməsinin vacibliyini vurğulayıb.

Anand həmçinin saxlanılanlara qarşı qəbuledilməz rəftar barədə sübutlar təqdim etdiklərini və hadisənin müstəqil şəkildə araşdırılmasını tələb etdiklərini qeyd edib.

İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, 19 mayda Qəzza istiqamətində hərəkət edən beynəlxalq “Sumud” donanmasının gəmiləri saxlanılıb.

Məlumata əsasən, əməliyyat beynəlxalq sularda həyata keçirilib və ümumilikdə 430 Fələstin tərəfdarı fəal saxlanılıb. Onların arasında 12 Kanada vətəndaşının olduğu bildirilir.

Donanma iştirakçıları bildirirlər ki, məqsədləri İsrailin Qəzzaya tətbiq etdiyi dəniz blokadasını yarmaq və bölgəyə daimi humanitar yardım dəhlizi yaratmaqdır.

Aişə

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr