AZ

Tamar İoseliani: Bakı-Tbilisi sərnişin qatarının bərpası xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək

Tbilisi, 26 may, AZƏRTAC

İlk növbədə ölkəmiz üçün ən önəmli gün olan Müstəqillik Günündə Bakı-Tbilisi sərnişin qatarının 6 illik fasilədən sonra yenidən fəaliyyətə başlaması münasibətilə hər kəsi təbrik edirəm. Simvolik olaraq, məhz bu gün 6 illik fasilədən sonra paytaxtlarımız — Bakı ilə Tbilisi arasında dəmir yolu vasitəsilə sərnişin daşımaları bərpa olunur. Bu isə öz növbəsində həm iqtisadi inkişafın sürətlənməsinə, həm turist axınının artmasına, həm də xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani deyib.

Onun sözlərinə görə, bu böyük hadisədir: “Vətəndaşlarımız artıq gündəlik dəmir yolu reyslərindən yararlana biləcəklər”.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Seçilən
4
azertag.az

1Mənbələr