"Araz-Naxçıvan"ın seleksiyaçı-məşqçi vəzifəsindən dünən ayrılan Əfran İsmayılov Premyer Liqanın digər klubunda çalışacaq.
Fanat.Az xəbər verir ki, son 3 mövsümdə Naxçıvan klubunun məşqçilər korpusunda yer alan İsmayılov "Şəfa" ilə anlaşıb.
Məlumatı Bakı təmsilçisinin mətbuat xidməti yayıb. O, debütantın vitse-prezidenti postunu tutacaq.
Qeyd edək ki, I Liqada Elgiz Kərəmlinin rəhbərliyi altında çempion olan "Şəfa" gənc baş məşqçi ilə yollarını ayırıb. Bakılılar Premyer Liqaya dəyişikliklərlə gəlir.