AZ

Smartfon alarkən minimum neçə giqabayt yaddaş seçilməlidir?

Smartfonların daxili yaddaşı minimum 256 giqabayt olmalıdır.

Redaktor.az bu haqda "BGR" portalına istinadla xəbər verir.

Portalın redaktoru Xose Adorno bildirib ki, uzun illər 128 giqabayt yaddaş smartfonlar üçün kifayət hesab olunurdu. Lakin indi çoxlu tətbiq, foto və video saxlayan istifadəçilər üçün bu həcm yetərli deyil.

Jurnalist öz təcrübəsinə əsaslanaraq minimum yaddaş həcmi kimi 256 giqabaytı tövsiyə edib. O qeyd edib ki, “iPhone 17 Pro Max” modelində musiqi, foto və tətbiq keşləri ilə birlikdə təxminən 200 giqabayt yaddaş istifadə olunur.

Adorno əlavə edib ki, süni intellekt xidmətlərinin yayılması da yaddaş tələbini artırır. 

Aytəkin TOFİQQIZI

Seçilən
20
1
redaktor.az

2Mənbələr