ABŞ Geoloji Araşdırmalar Mərkəzi bildirib ki, Çilinin şimalında yerləşən Kalama şəhərinin 31 kilometr şərqində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.
Məlumata görə, zəlzələ 101 kilometr dərinlikdə baş verib.
Səlahiyyətli qurumlar hadisə nəticəsində can və ya mal itkisi qeydə alınmadığını açıqlayıblar.
Sunami təhlükəsi yoxdur
Milli Fəlakətlərin Qarşısının Alınması və Müdaxilə Xidməti rəsmisi Felipe Plaza sosial şəbəkə platforması X-də etdiyi paylaşımda Çili sahilləri üçün sunami təhlükəsinin olmadığını bildirib.
O qeyd edib ki, ilkin qiymətləndirmələrə əsasən hər hansı insan itkisi və ya ciddi dağıntı baş verməyib.