525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"İctimai nəqliyyatda paketli gedişlərin tətbiq olunacağı təqdirəlayiq addımdır".
Bunu iqtisadçı ekspert Günay Hüseynova 525.az-a söyləyib. Ekspert vurğulayıb ki, hər kəs şəhərin mərkəzində yaşamır. 90 dəqiqə ərzində digər nəqliyyat vasitəsindən pulsuz istifadə imkanı yaradılırsa, bu zaman tıxac problemini və nəqliyyat vasitələrinin interval məsələsini də həll etmək lazımdır:
"Sumqayıtla Bakı arasında urbanizasiya problemi var. Elə olur ki, vətəndaş Sumqayıtdan Bakıya qədər 1 saat, hətta 1 saat 20 dəqiqə tıxacda qalır. Bundan sonra mərkəzdən iş yerinə qədər olan məsafəyə görə əlavə ödəniş tətbiq ediləndə həmin şəxsin xərcləri artır".
Sevinc Qarayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.