Demokrat.az Teleqraf-a istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Tural Musayevin sədrliyi ilə xüsusi ittihamçı Rüfət Nigar Rüfət qızının şikayəti əsasında Elnarə Rzayeva Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib.
O, aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul vəsaiti tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Kosmetoloq Elnarə Ramiz qızı Rzayeva bundan əvvəldə mühakimə olunub. Onun barəsində amnistiya aktının tətbiqi ləğv edilib, onun barəsində 10 ay müddətinə islah işləri cəzası qüvvədə saxlanılıb. Yeni hökmə əsasən, Elnarə Rzayevanın barəsində olan əvvəlki hökmlə hazırkı cəza birləşdirilib, ona qəti olaraq 1 il müddətinə islah işləri cəzası təyin olunub.
Xatırladaq ki, ötən il Bakı və Sumqayıtda “LBC” estetik kosmetoloji klinikaların idarəçiləri Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfət kosmetoloq Elnarə Rzayevanı təhqir və böhtan xarakterli məlumatlar yaydığına görə məhkəməyə veriblər.
Demokrat.az
10Mənbələr
-
cebheinfo.az11 milyonu lüks maşınlara və döşəklərə xərclədi ( 29042176)
-
demokrat.az11 milyonu lüks maşınlara və döşəklərə xərclədi ( 29041762)
-
qafqazinfo.az11 milyonu lüks maşınlara və döşəklərə xərclədi ( 29040766)
-
1news.az11 milyonu lüks maşınlara və döşəklərə xərclədi ( 29040601)
-
teleqraf.comFTB keçmiş MKİ əməkdaşını qızıl külçələr və milyonlarla nağd pulla həbs etdi ( 29032246)
-
unikal.azPul var, rahatlıq var Neymar lüks həyatını nümayiş etdirdi ( 29020609)
-
demokrat.azDöyülən qadın ərini məhkəmədə bağışladı ( 28990651)
-
demokrat.az“Zita və Gita” 50 il sonra — FOTO ( 28984510)
-
demokrat.azElnarə Rzayeva barəsində yeni hökm çıxarıldı ( 28967653)
-
apa.azRüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub ( 28947241)