AZ

“Azərbaycan Mikro-Kredit BOKT” ili mənfəətlə başa vurub

Audit rəyini “Baker Tilly Audit Azərbaycan” QSC audit şirkəti verib.

Kredit təşkilatının gəlirləri 2 milyon 608 min 118 manat faiz gəlirləri, 40 min 113 manat qeyri-faiz gəlirləri olmaqla toplamda 2 milyon 648 min 231 manat təşkil edir. Faiz xərcləri 596 min 129 manat, qeyri-faiz xərcləri 1 milyon 824 min 831 manat  təşkil edib.

31 dekabr 2025-ci il tarixinə “Azərbaycan Mikro-Kredit BOKT” ASC-nin cəmi aktivləri 7 milyon 699 min 255 manat olub. Bunun 6 milyon 657 min 858 manatı müştərilərə verilmiş kreditlərdir.

31 dekabr 2025-ci il tarixinə təşkilatın cəmi öhdəlikləri 6 milyon 164 min 24 manat, cəmi kapitalı isə 1 milyon 535 min 231 manat olmuşdur. “Azərbaycan Mikro-Kredit BOKT” ASC -nin illik mənfəətinin həcmi isə 202 min 754 manat təşkil etmişdir.

Hesabatla qeyd olunan linkdə ətraflı tanış olmaq olar: https://www.azmk.az/reports

Seçilən
28
banker.az

1Mənbələr