AZ

Müctəba Xamenei İsrail barədə sərt bəyanatla çıxış ETDİ

ain.az bildirir, Redaktor.az portalına istinadən.

İranın üçüncü ali lideri Müctəba Xamenei çərşənbə axşamı Həcc ziyarəti ilə bağlı yayımladığı mesajda İsrailin növbəti 15 il ərzində mövcud olmayacağını bildirib.

Redaktor.az xəbər verir ki, onun bu mesajı İran mediasında dərc olunub.

Qeyd edilib ki, Müctəba Xamenei ali lider təyin olunduqdan sonra onun heç bir görüntüsü və ya səs yazısı ictimaiyyətə təqdim edilməyib.

Mesajda həmçinin İslam Respublikasının keçmiş ali lideri Əli Xamenei tərəfindən illər əvvəl səsləndirilən “İsrail növbəti 25 ili görməyəcək” fikrinə istinad olunub.

Sənəddə İsrail “qeyri-sabit sionist rejim” və “xərçəng şişi” kimi xarakterizə edilərək, onun “lənətlənmiş varlığının son mərhələlərinə yaxınlaşdığı” qeyd edilib.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
redaktor.az

2Mənbələr