AZ

Məşhur aktyor yeni layihədə baş rolda 

Türkiyəli aktyor Görkem Sevindik yeni film layihəsinə qatılıb.

Musavat.com xəbər verir ki, aktyor “Kantin” adlı qorxu filmində baş rollardan birini canlandıracaq.

O, ekran işində “Hekim” obrazına həyat verəcək. Filmin hadisələri 1999-cu ildə Kütahya Dumlupınar Universitetinin köhnə və baxımsız tələbə yataqxanasında cərəyan edir.

Məlumata görə, filmin rejissoru Gökhan Arı, ssenari müəllifi isə Uğur Güvercindir. Çəkilişlərin iyunun ikinci həftəsində İstanbulda başlaması planlaşdırılır.

Qeyd edək ki, Görkem Sevindik hazırda finala doğru irəliləyən “Eşref Rüya” serialında “Kadir Yanık” obrazını canlandırır.

Könül
Musavat.com

Seçilən
29
musavat.com

1Mənbələr