AZ

Polşa SAFE proqramı çərçivəsində tanker təyyarələri alacaq- ÖZƏL

Polşa Avropa İttifaqının SAFE hərbiləşdirmə proqramı çərçivəsində əldə etdiyi kredit vəsaitinin bir hissəsini xarici istehsalçılardan tanker təyyarələrinin alınmasına yönəldəcək. Olaylar.az xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik məlumat verib. Onun sözlərinə görə, bu tip təyyarələr Polşada istehsal olunmur, lakin ölkə ordusunun onlara ciddi ehtiyacı var.
"Tankerlər Polşada istehsal edilmir. Lakin Polşa ordusunun onlara çox ehtiyacı var. Bu, xaricdən almağa məcbur olduğumuz texnologiyalara nümunədir", - deyə Tomçik Polsat televiziyasına müsahibəsində bildirib.
Nazir müavini qeyd edib ki, SAFE proqramı çərçivəsində alınan vəsaitin 89 faizi Polşanın müdafiə sənayesinə yönəldiləcək. Onun sözlərinə görə, bu vəsait əsasən dövlətə məxsus müdafiə şirkəti olan Polska Grupa Zbrojeniowa-ya aid müəssisələrə yatırılacaq.
Tomçik Polşanın neçə tanker təyyarəsi almağı planlaşdırdığını və onların hansı xarici şirkətdən alınacağını açıqlamayıb.
Qeyd edək ki, mayın 8-də Varşava Avropa Komissiyası ilə SAFE proqramı çərçivəsində 43,7 milyard avro həcmində kredit sazişi imzalayıb. Polşa bu proqramın ən böyük benefisiarı olmaqla yanaşı, Aİ ölkələri arasında kredit müqaviləsini imzalayan ilk dövlət olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr