AZ

“Bu proses dünya miqyasında yeni geosiyasi qütbləşməni gücləndirə bilər”

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Rusiya ilə Çin arasında yaxınlaşmanın güclənməsi dünya siyasətində yeni güc balansının formalaşmasına təsir edə bilər. Hazırda Qərb sanksiyaları səbəbindən Rusiya iqtisadi və texnoloji baxımdan daha çox Çinə yönəlir. Çin şirkətləri avtomobil, elektronika, sənaye avadanlıqları və maliyyə sahəsində Rusiyada boşalan yerləri doldurur. Bu isə Pekinin Rusiya üzərində iqtisadi təsirini artırır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

O söyləyib ki, gələcəkdə bu əməkdaşlıq ABŞ və Avropanın təsirinə qarşı alternativ siyasi-iqtisadi blokun yaranmasını sürətləndirə bilər: “Xüsusilə enerji, ticarət, nəqliyyat dəhlizləri və beynəlxalq təşkilatlarda ortaq mövqelər iki ölkənin qlobal təsir imkanlarını genişləndirə bilər. Çin ucuz enerji resursları əldə edir, Rusiya isə böyük bazar və texnologiya dəstəyi qazanır. Amma bu münasibətlərdə balans tam bərabər deyil. Çin iqtisadi cəhətdən Rusiyadan qat-qat güclüdür və Moskvanın Pekindən asılılığı getdikcə artır. Bu da uzun müddətdə Rusiyanın daha çox “kiçik tərəfdaş” mövqeyinə düşməsi riskini yaradır. Xüsusilə texnologiya, maliyyə və ixrac bazarları baxımından Rusiyanın seçim imkanları azalır”.

A.Nəsirli əlavə edib ki, dünya miqyasında isə bu proses yeni geosiyasi qütbləşməni gücləndirə bilər: “Bir tərəfdə ABŞ və müttəfiqləri, digər tərəfdə isə Çin və ona yaxın ölkələr formalaşa bilər. Bunun nəticəsində iqtisadi rəqabət, texnologiya savaşları və regional təsir uğrunda mübarizə daha da sərtləşə bilər. Bununla yanaşı, bir çox ölkə iki blok arasında balans saxlamağa çalışacaq və yeni tərəfdaşlıq modelləri ortaya çıxacaq”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
icma.az

1Mənbələr