Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Çinin cənub-qərbindəki Çonqçinq vilayətində həftəsonu baş verən sel nəticəsində həyatını itirənlərin sayının 9 nəfərə çatdığı bildirilib.
"Cebheinfo.az"-ın "Sinxua" agentliyinə istinadən məlumatına görə, Yonqçuan rayonunda mayın 23-ü gecə saatlarında başlayan və növbəti günün səhərinə qədər davam edən güclü leysan yağışlarının səbəb olduğu sel fəlakətindən sonra axtarış-xilasetmə tədbirləri davam etdirilir.
1827 nəfərlik şəxsi heyətin qatıldığı axtarış-xilasetmə işlərində indiyədək 9 nəfərin cəsədi tapılıb, 11 nəfərdən isə hələ də xəbər almaq mümkün olmayıb.Rayonda sel fəlakətindən zərər çəkənlər üçün qurulan 42 müvəqqəti sığınacağa 2 min 141 nəfər yerləşdirilib.
Sellər səbəbindən Yonqçuan rayonunda 1-ci dərəcəli, 29 rayon və qəsəbədə 2-ci dərəcəli, 9 rayon və qəsəbədə isə 3-cü dərəcəli fövqəladə vəziyyət elan edilib.
22 rayon və qəsəbədə çaylarda suyun səviyyəsinin təhlükə həddini aşdığı vilayətdə axtarış-xilasetmə və fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.