Naxçıvan, 26 may, AZƏRTAC
Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda məcburi nişanlanma ilə nişanlanmayan siqaretlər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əməliyyat-axtarış tədbirləri zamanı Naxçıvan şəhər sakinindən 41220 ədəd məcburi nişanlanma ilə nişanlanmayan müxtəlif markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Müxbir- Nail Əsgərov